...

OPEK bu il Azərbaycanda neft hasilatının artacağını proqnozlaşdırır

Energetika Materials 15 Fevral 2010 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir A.Bədəlova/

OPEK 2010-cu ildə Azərbaycan tərəfindən neft hasilatının 0,1 milyon barel artaraq sutkada 1,13 milyon barel olacağını proqnozlaşdırır. Əsasən hasilatın artmasına səbəb "Azəri-Çıraq-Günəşli" dəniz yataqlar blokunun geniş işlənməsidir.

OPEK-in neft bazarı üzrə aylıq məruzəsinə əsasən, Azərbaycanda 2010-cu ildə neft hasilatının ən yüksək həcmi dördüncü rübdə - sutkada 1,21 milyon barel müşahidə ediləcək. Birinci rübdə ölkədə neft hasilatının həcmi sutkada 1,06 milyon barel, ikinci rübdə 1,1 milyon barel, üçüncü rübdə isə sutkada 1,13 milyon barel təşkil edəcək.

OPEK-ə daxil olmayan ölkələr tərəfindən neft tədarükü

Kartelin proqnozuna görə, OPEK-ə daxil olmayan ölkələrin neft tədarükü 2010-cu ildə sutkada 0,33 milyon barel artaraq, sutkada 51,28 milyon barelə çatacaq. Bu da keçən ay proqnozlaşdırılan göstəricidən 33 min barel çoxdur.

Bu ölkələrin neft tədarükünün ən yüksək həcmi dördüncü rübdə - sutkada 51,55 milyon barel müşahidə ediləcək.

Keçmiş Sovet İttifaqı ölkələri tərəfindən bu il sutkada 13,2 milyon barel neft tədarük ediləcək ki, bu da 2009-cu ilin həcmindən 30 min barel və keçən ayın proqnoz göstəricisindən 8 min barel çoxdur.

Proqnozların artım istiqamətində dəyişilməsi bu il Türkmənistanda neft hasilatının gözlənilən artımı ilə əlaqədardır.

İƏİT ölkələrinin neft tədarükünün həcmi bu il sutkada 0,18 milyon barel azalaraq 19,35 milyon barel təşkil edəcək.

OPEK-in dəyərəndirməsinə görə, dünya neft tədarükünün həcmi yanvarda 0,38 milyon barel artaraq 85,67 milyon barel olacaq. Dünya neft tədarüklərində OPEK-in payı keçən ay 34,1%-ə yaxın təşkil etmişdi.

Dünya tələbatı

OPEK2010-cu ildə dünyada neftə olan tələbatın sutkada 0,8 milyon barel artaraq sutkada 85,12 milyon barelə çatacağını proqnozlaşdırır. 2009-cu ildə bu göstərici 84,32 milyon barel təşkil edib.

OPEK-in məruzəsində deyilir ki, bu il dünya iqtisadiyyatının inkişafının zəif sürəti dünya tələbatına təsir göstərəcək. Dünyanın neftə olan tələbatının artmasına İƏİT-na daxil olmayan ölkələr səbəb olacaq.

OPEK-in proqnozlarına görə, İƏİT ölkələrində neftə olan tələbat 2010-cu ildə sutkada 0,14 milyon barel azalaraq 45,47 milyon barel olacaq. Bu il ABŞ-da neftə olan tələbat sutkada 23,5 milyon barel təşkil edəcək. 2008-ci ildə bu göstərici sutkada 23,28 milyon barel təşkil etmişdi.

OPEK 2010-cu ildə dünya iqtisadiyyatının 3,4% səviyyəsində, ABŞ-ın iqtisadiyyatının isə 2,5% səviyyəsində artacağını proqnozlaşdırır.

Xəbər lenti

Xəbər lenti