...

"Neftçala Operating Company Ltd" şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün Tətbiqinə dair Memoranduma qoşulub

Energetika Materials 5 Mart 2010 16:57 (UTC +04:00)
"Neftçala Operating Company Ltd" şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalayıb.
"Neftçala Operating Company Ltd" şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün Tətbiqinə dair Memoranduma qoşulub

Azərbaycan, Bakı, 05 mart / Trend /

"Neftçala Operating Company Ltd" şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalayıb. Bu barədə Azərbaycan Dövlət Neft Fondunun cümə günü yayılan məlumatında deyilir.

Qoşulma Aktını imzalamaqla "Neftçala Operating Company Ltd" şirkəti memoranduma qoşulan digər şirkətlər kimi, növbəti - on ikinci hesabat dövrü 2009-cu il üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.

MHŞT-nin Azərbaycanda tətbiqinə dair memorandumu imzalamış şirkətlərin sayı 29-a çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan memoranduma daha yeddi şirkət - Inpex Azərbaycan, Binəqədi Oil, RAFI Oil, NICO, Abşeron Investments Ltd, GDF SUEZ Exsploration Caspian B.V. və Azərbaycan International Maning Company Limited şirkətləri qoşulub.

Xəbər lenti

Xəbər lenti