...

Aİ-nin 27 ölkəsində "euro-super 95" markalı avtomobil benzininin qiymətinin icmalı (8-15 mart)

Energetika Materials 19 Mart 2010 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir A.Bədəlova/

Ötən həftə ərzində (8 mart -15 mart) Avropanın 27 ölkəsində "euro-super 95" markalı benzinin orta qiyməti min litrə 1319 avro (ƏDV daxil) təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən 1000 litrə 24 avro çoxdur. Benzinin qiymətinə dair statistik məlumatlar Avropa Komissiyasının rəsmi saytında öz əksini tapıb.

Ötən həftə ərzində Avropa ölkələri arasında "euro-super 95" markalı benzinin ən yüksək qiyməti Niderlandda müşahidə olunub. Ötən həftənin yekunlarına görə, bu ölkədə həmin markalı benzinin qiyməti 16 avro artaraq 1000 litrə 1505 avro təşkil edib.

Bu markalı benzinin ən aşağı orta qiyməti Kiprdə müşahidə olunub. Bu ölkədə bir həftə öncə 1000  litrə 987, avroya nisbətdə ötən həftənin yekununa görə 1000 litrə 992 avro təşkil edib.

"Euro-super 95" markalı benzinin qiymətinin yüksəkliyinə görə ikinci yerdə duran ölkə Danimarkadır. Bu ölkədə ötən həftəyə görə həmin markalı benzinin qiyməti 33 avro artaraq, 1000  litrə 1458 avro təşkil etib.

Ötən həftə ərzində "euro-super-95 " benzinin qiymətinə görə üçüncü yeri tutan Almaniyada qiymət 68 avro artaraq, 1000 litrə 1431 avro təşkil edib.

Ötən həftə ərzində "euro-super 95" markalı benzinin qiymətinə görə dördüncü yeri tutan Belçikada qiyməti 1000 litrə 1417 avro təşkil edib. Bu da ötən həftədəkinə nisbətdə 1000 litrə 1345 avro təşkil edib.

"Euro-super 95" markalı benzinin qiymətinə görə beşinci yeri tutan Yunanıstanda bir həftə öncə qeydə alınan 1000 litrə 1369, avroya nisbətdə ötən həftə orta qiymət 1000 litrə 1394 avro təşkil edib.

"Euro-super 95" markalı benzinin qiyməti Portuqaliyada bir həftə öncə qeydə alınan 1000 litrə 1348, avroya nisbətdə ötən həftə orta qiymət 1000 litrə 1368 avro təşkil edib.

Ötən həftə ərzində "euro-super 95" markalı benzinin qiymətinə görə yeddinci yeri tutan Finlandiyada qiymət 1000 litrə 1367 avro olub. Bundanəvvəlki həftə isə 1000 litrə 1362 avro təşkil etmişdi.

Ötən həftə ərzində "euro-super 95" markalı benzinin qiymətinə görə səkkizinci yeri tutan İtaliyada qiymət 11 avro azalaraq 1000 litrə 1363 avro təşkil edib.

Fransada "euro-super 95" markalı benzinin qiyməti ötən həftə ərzində 1000 litrə 1353 avro təşkil edib. Bundanəvvəlki həftə isə Fransada qiymət 1338 avro olmuşdu.

Avropa ölkələri arasında "euro-super 95" markalı benzinin qiymətinin yüksəkliyinə görə onuncu yeri İsveç tutub. Bu ölkədə qiymət 5 avro azalaraq, 1000 litrə 1325 avro təşkil edib.

Avropanın 27 ölkəsində "euro-super-95" markalı benzinə olan qiymətlərin (vergilər daxil olmaqla) müqayisə cədvəli:

Ölkələr

Qiymət/avro (8 mart-15 mart)

Qiymət/avro (1 mart-8 mart)

Niderland

1505

1489

Danimarka

1458

1425

Almaniya

1431

1363

Belçika

1417

1345

Yunanıstan

1394

1369

Portuqaliya

1368

1348

Finlandiya

1367

1362

İtalya

1363

1352

Fransa

1353

1338

İsveç

1325

1330

Böyük Britaniya

1268

1260

Macarıstan

1250

1223

İrlandiya

1250

1250

Çexiya

1232

1213

Slovakiya

1226

1210

Avstriya

1181

1143

Sloveniya

1173

1154

Lüksemburq

1166

1152

Litva

1158

1146

İspaniya

1156

1135

Malta

1140

1140

Polşa

1132

1126

Estoniya

1097

1085

Ruminya

1054

1041

Latviya

1050

1051

Bolqarıstan

1018

995

Kipr

992

987

Xəbər lenti

Xəbər lenti