...

ARDNŞ öz qaz ixracını artırıb

Energetika Materials 31 Mart 2010 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend /

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) 2009-cu ilin yanvar-fevral aylarında 266,78 milyon kubmetrə nisbətdə bu ilin yanvar-fevral aylarında 326,2 milyon kubmetr qaz ixrac edib. Bu barədə ARDNŞ-ın məlumatında deyilir.

Ötən ilin fevralında 99,45 milyon kubmetrə nisbətdə şirkət bu ilin fevralında 153,4 milyon kubmetr qaz ixrac edib.

Rusiyaya qaz ixracının başlanması ilə əlaqədar ümumi qaz ixracı artıb. Əgər əvvəllər ARDNŞ ancaq Gürcüstana qaz ixrac edirdisə, bu ilin yanvarın 1-dən imzalanan müqavilə çərçivəsində Rusiyanın qaz inhisarçısı "Qazprom"a qaz ixracına başlayıb.

Gürcüstana qaz tədarükü 2008-ci ilin aprelindən başlayıb. 2008-ci ilin noyabr ayında Azərbaycan və Gürcüstan arasında ARDNŞ-ın 2009-cu ildən başlayaraq növbəti 5 il ərzində Gürcüstan bazarında fəaliyyətini aktivləşdirmək imkanı yaradan saziş imzalanıb. Memoranduma əsasən, ARDNŞ layihənin həyata keçirilməsi üçün Gürcüstan hökuməti tərəfindən müəyyən edilən qaz istehlakçıları qrupunu (sosial qrup) təmin edən SOCAR Georgia Gas törəmə müəssisəsini yaradıb.

Həmçinin, 2008-cil il dekabrın sonunda ARDNŞ və Gürcüstan hökuməti 30 qazpaylayıcı təsərrüfat və qazpaylayıcı şəbəkənin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxeti, Msxeta-Mtianeti, Şido və Kvemo-Kartli, Acarıstan, Quriya, İmeretiya, Sameqrelo kimi regionlarını əhatə edir. Bu şəbəkələr 24 şirkət tərəfindən istismar olunur. Apreldə ARDNŞ azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun qazbölüşdürücü şəbəkəsini istifadəyə götürüb.

Azərbaycan qazının Rusiyaya alqı-satqısına dair ortamüddətli müqavilə 14 oktyabr tarixində Bakıda imzalanıb. Müqavilə 2010-2014-cü illəri əhatə edir. Müqaviləyə əsasən, Azərbaycan tərəfi hər il Rusiyaya 500 milyon kubmetrdən az olmayaraq qaz tədarük edəcək. Müqavilədə qaz tədarükünün həcmi göstərilməyib. ARDNŞ bir il əvvəlcədən qarşı tərəfi tədarük edə biləcəyi həcm barədə məlumatlandıracaq.

Bu il Rusiyaya 1 milyard kubmetr Azərbaycan qazı ixrac olunacaq. Həmçinin, ARDNŞ və "Qazprom" 2011-ci ildə Rusiyaya nəql ediləcək qazın həcmi barədə razılığa gəliblər. Növbəti ildə bu göstərici, təxminən, 2 milyard kubmetr təşkil etməlidir.

Xəbər lenti

Xəbər lenti