Azərbaycan, Bakı, 20 aprel /Trend/
ARDNŞ "Neft Daşları" yatağında yeni quyunun qazılmasına başlayıb. Bu barədə şirkətin çərşənbə axşamı yayılan məlumatında deyilir.
2 560 metr dərinliyində olan quyulardan biri "Neft Daşları-1887" platformasında qazılır. Bu quyunun gözlənilən sutkalıq debiti 30 ton səviyyəsində nəzərdə tutulur.
İkinci quyu "Neft Daşları-2426" platformasında qazılacaq. Onun layihə dərinliyi 1 980 metr, gözlənilən sutkalıq debiti isə 12 ton təşkil edir.
Yeni quyuların qazılması və platformaların inşası Azərbaycan Prezidentinin "Neft Daşları" Neft-Qaz Çıxarma İdarəsində hasilat həcminin 812 min tondan 1,2 milyon tona kimi (1,5 dəfə) qaldırılması barədə sərəncamı çərçivəsində həyata keçirilir. ARDNŞ geoloqlarının qiymətləndirməsinə görə, "Neft Daşları" yatağında qalıq neft həcmi 30 milyon ton təşkil edir. 2010-cu ilə kimi yataqda neft hasilatının artırılması üçün ARDNŞ 78 quyu qazacaq.
Azərbaycanın "Neft Daşları" dəniz neft-qaz yatağının çıxarıla bilən qalıq ehtiyatları 182 milyon ton neftdən çoxdur. Bu yatağın geoloji ehtiyatları 365 milyon ton həcmində qiymətləndirilir. ARDNŞ prezidenti Rövnəq Abdullayevin qeyd etdiyi kimi, mənimsənilmə üzrə mövcud layihəyə uyğun olaraq "Neft Daşları" yatağının işlənməsi 2035-ci ildə başa çatmalıdır.