Gürcüstan, Tbilisi, 28 aprel /Trend, müxbir N.Kirsxaliya/
Acarıstanda su elektrik stansiyası kaskadının tikintisi üzrə elan edilmiş tenderin qalibi Norveçin "Klin Enerji İnvest" şirkəti olub.
Gürcüstanın energetika naziri Aleksandr Xetaqurinin dediyi kimi, tenderdə iştirak edən üç şirkət arasında Norveç şirkəti qalib olub. Digər şirkətlərdən ikisi Türkiyə şirkətləridir.
Lahiyə dörd su elektrik stansiyasının inşasını nəzərdə tutur. Kasdakın ümumi gücü 115,5 meqavat, illik hasilatı isə 578,5 milyon kilovat saat təşkil edəcək. Kaskad dörd SES-dən ibarət olacaq: Zomleti, Viao, Koromxeti və Çoroxi.
Tenderin şərtlərinə görə, kaskadın istifadəyə verilməsindən on il sonraya kimi hasil ediləcək elektrik enerjisi daxili tələbat üçün nəzərdə tutulub.