...

ARDNŞ və BP Azərbaycanda "Şəfəq" və "Asiman" perspektiv strukturlarının işlənməsi layihəsi çərçivəsində saziş imzalayıblar

Energetika Materials 6 İyul 2010 16:03 (UTC +04:00)
ARDNŞ və Böyük Britaniyanın BP şirkəti çərşənbə günü Xəzərin Azərbaycan sektorundakı "Şəfəq" və "Asiman" perspektiv strukturlarının birgə kəşfiyyatı və işlənməsi layihəsi çərçivəsində əsas kommersiya prinsipləri üzrə saziş imzalayıblar.
ARDNŞ və BP Azərbaycanda "Şəfəq" və "Asiman" perspektiv strukturlarının işlənməsi layihəsi çərçivəsində saziş imzalayıblar

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Böyük Britaniyanın BP şirkəti çərşənbə günü Xəzərin Azərbaycan sektorundakı "Şəfəq" və "Asiman" perspektiv strukturlarının birgə kəşfiyyatı və işlənməsi layihəsi çərçivəsində əsas kommersiya prinsipləri üzrə saziş imzalayıblar.

Sazişi ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP Azerbaijan şirkətinin prezidenti Rəşid Cavanşir imzalayıb.

"Şəfəq" və "Asiman" strukturları Bakının cənub-şərqində, 125 km-də yerləşir. 2009-cu ilin iyulunda ARDNŞ və BP şirkəti Londonda Xəzərin Azərbaycan sektorundakı "Şəfəq" və "Asiman" perspektiv strukturlarının birgə işlənməsinə dair "Qarşılıqlı anlaşma haqqında" memorandum imzalayıblar. Sazişin qüvvədə olma müddəti cari ilin iyulunda başa çatır.

Əvvəllər blokda kəşfiyyat işləri aparılmayıb, blok suyun 650-800 metr dərinliyində yerləşir.

BP "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinə dair layihələrə rəhbərlik edərək Azərbaycanda əsas xarici neft investorudur. BP, həmçinin "Bakı-Tbilisi-Ceyhan" və "Bakı-Supsa" boru kəmərlərinin operatorudur.

Xəbər lenti

Xəbər lenti