...

ARDNŞ Bakı Buxtasının ekoloji monitorinqini keçirib

Energetika Materials 8 İyul 2010 13:26 (UTC +04:00)

Аzərbaycan, Bakı, 8 iyul /Trend/

ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi Bakı buxtasının ekoloji monitorinqini keçirib, - bu barədə cümə axşamı idarədən verilən məlumatda deyilir.

Məlumatda deyilir ki, keçirilmiş monitorinq çərçivəsində seçilmiş stansiyalardan dib çöküntüləri və müxtəlif dərinliklərdən su nümunələri götürülüb, həmçinin, radiasiya fonunun ölçüsü təyin olunub.

Hal-hazırda toplanmış nümunələr laboratoriyada yerləşdirilib və araşdırmalar zamanı çirkləndirici maddələr (neft, neft məhsulları, fenol), biogen elementlər, ağır metallar, fitoplankton, zoobentos, mikroorqanizmlər və səthi-aktiv maddələrin tərkibi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti