...

Akademik Arif Paşayev Kosmik Məsələlər üzrə Şuranın sədri olub

Energetika Materials 9 İyul 2010 13:05 (UTC +04:00)
Akademik Arif Paşayev Azərbaycanın Kosmik Məsələlər üzrə Şurasının sədri seçilib. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbu orqanında yerləşdirilən məlumatında deyilir.
Akademik Arif Paşayev Kosmik Məsələlər üzrə Şuranın sədri olub

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Akademik Arif Paşayev Azərbaycanın Kosmik Məsələlər üzrə Şurasının sədri seçilib. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbu orqanında yerləşdirilən məlumatında deyilir.

Son vaxtlar Azərbaycanda kosmik sənayenin inkişafına böyük diqqət ayrılır. O cümlədən, dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peykinin orbitə çıxarılması haqda" (4 noyabr 2008-ci il) və "Kosmik sənayenin yaradılması və inkişafı Dövlət Proqramının təsdiqlənməsi haqda" (17 avqust 2009-cu il) sərəncamlar imzalanıb.

Dövlət Proqramının əsas hissələrindən biri telekommunikasiya peykinin orbitə çıxarılmasıdır. Bu məqsədlə də "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. ASC bu il mayın 3-də dövlət başçısının müvafiq sərəncamı ilə yaradılıb.

Kosmik Məsələlər üzrə Şura sərəncamdan irəli gələn tapşırıqların həlli, kosmik sənayenin yaradılması və burada beynəlxalq təcrübədən uğurla istifadə olunması, kosmik fəaliyyət sahəsində qabaqcıl təcrübənin və elmi-texniki nailiyyətlərin öyrənilməsi, bu sahədə təkliflərin hazırlanması və bu sahədə dövlət siyasətinin reallaşdırılması məqsədilə yaradılıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azerspace" milli telekommunikasiya peykinin istehsalı ilə əlaqədar "Orbital Sciences Corporation" şirkəti ilə artıq müqavilə imzalayıb. Müqavilənin dəyəri 112 milyon manat təşkil edir.

Raketlə birlikdə layihənin ümumi dəyəri 200 milyon dollar civarındadır, lakin bu rəqəm 10-15 faiz təshih edilə bilər. Şirkətlə müqavilənin imzalanması yaxın 2 ay ərzində gözlənilir.

"Azerspace ITU" (International Telecommunication Union) milli peykinin yerləşdirilməsi üçün 43,2, 58,5 və 96 dərəcə şərqi uzunluqda mövqelər ayrılıb.

Xəbər lenti

Xəbər lenti