...

ARDNŞ Gürcüstandakı magistral qaz kəmərində iştirak payının alınması imkanlarına baxmağa hazırdır

Energetika Materials 14 İyul 2010 19:10 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstandakı magistral qaz kəmərinin səhmlərinin alınması imkanlarına böyük maraq göstərir.
ARDNŞ Gürcüstandakı magistral qaz kəmərində iştirak payının alınması imkanlarına baxmağa hazırdır

Azərbaycan, Bakı, 14 iyul /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstandakı magistral qaz kəmərinin səhmlərinin alınması imkanlarına böyük maraq göstərir. Bu barədə "SOCAR Energy Georgia" şirkətinin (ARDNŞ-nin törəmə şirkəti) Mahir Məmmədov çərşənbə günü bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar hələ aparılmır. Lakin şirkət qaz kəmərində iştirak payının satışı mümkünlüyü ətrafında hadisələrin inkişafını diqqətlə izləyir, çünki bu layihə ARDNŞ-də böyük maraq doğurur.

O həmçinin qeyd dib ki, ARDNŞ magistral qaz kəmərlərinin istismara verilməsində böyük təcrübəyə malikdir. Hazırda Azərbaycanın bütün qaz nəqliyyatı və qazpaylayıcı təsərrüfatı şirkətin balansındadır.

Bu gün ARDNŞ öz qazını Gürcüstana ixrac edir. Bundan başqa, şirkət "SOCAR Energy Georgia" vasitəsilə bu ölkənin qazpaylama bazarında fəal işləyir və burada 30-a yaxım şəbəkə onun mülkiyyətindədir. Bu şəbəkələrin inkişafına əhəmiyyətli investisiyalar ayrılır.

Bundan əvvəl Gürcüstan magistral qaz kəmərlərini strateji obyektlər siyahısından çıxarmışdı. Bu proses iştirak paylarının bir hissəsinin özəlləşdirilməsini tələb edir. Bu prosesin tərəfdarlarının qeyd etdikləri kimi, hansısa şirkət tərəfindən iştirak paylarının bir hissəsinin özəlləşdirilməsi boru kəmərinin işinin effektivliyini artırmağa imkan verəcək.

Bundan əvvəl qaz kəmərində iştirak payının alınmasına Qazaxıstanın "QazMunayQaz" və Rusiyanın "Qazprom" şirkətləri maraq göstərmişdilər.

Xəbər lenti

Xəbər lenti