...

Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında neft hasilatı artıb

Energetika Materials 16 İyul 2010 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

İlin birinci yarısında Azərbaycanda "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun işlənməsi layihəsi çərçivəsində neft hasilatı 21,1 milyon ton təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 2,8 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: bp (operator - 34,1367 faiz iştirak payı), ChevronTexaco (10,2814 faiz), ARDNŞ (10 faiz), INPEX (10 faiz), Statoyl (8,5633 faiz), ExxonMobil (8,006 faiz), TPAO (6,75 faiz), Devon Energy (5,6262 faiz), Itochu (3,9205 faiz), Delta Hess (2,7213 faiz).

Qaz-kondensat yatağı "Şahdəniz" layihəsi çərçivəsində tərəfdaşlar 5,3 milyard kubmetr qaz hasil ediblər ki, bu da ötən ilin analoji dövr göstəricisindən dörd faiz azdır.

"Şahdəniz" yatağından hasil edilən qaz hazırda Gürcüstan və Türkiyəyə nəql edilir, eləcə də Azərbaycan qazın bir hissəsini layihə çərçivəsində alır.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti