...

ARDNŞ neft hasilatını artırıb

Energetika Materials 30 İyul 2010 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Yanvar-iyun aylarında ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft-qaz çıxarma idarələri ölkənin offşor və onşor yataqlarında 26,7 milyon barel neft (3,64 milyon tona yaxın) hasil ediblər. 2009-cu ilin yanvar-aprel aylarında bu göstərici 26,6 milyon barelə yaxın (3,6 milyon tondan çox) olub. Bu barədə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-in xarici şirkətlərlə birgə layihələrinin payına 6,5 milyon bareldən çox neft düşür. Bunun 1,1 milyon bareli əməliyyat şirkətlərinin, 4,83 milyon barelə yaxını "Azəri-Çıraq-Günəşli" layihəsinin, 583,6 min bareli "Şahdəniz" yatağından qaz-kondensatın payına düşür.

İlin birinci yarısında ARDNŞ 3, 87 milyard kubmetrə yaxın qaz alıb. Ötən ilin analoji dövrü üçün bu göstərici dörd milyard kubmetrə yaxın təşkil edib. Həmin dövrdə ARDNŞ-in neft-qaz çıxarma idarələri 3,6 milyard kubmetr qaz hasil edib. Quruda qaz hasil edən birgə müəssisələr və əməliyyat şirkətləri yanvar-iyun aylarında ARDNŞ-ə 1,7 milyard kubmetrə yaxın qaz veriblər.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında ARDNŞ üçün 1,7 milyard kubmetrə yaxın səmt qazı hasil edilib. Ötən ilin analoji dövründə bu göstərici iki milyard kubmetrə yaxın təşkil edib.

Azərbaycanda 59 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanları quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti