...

Azərbaycanda neft və qaz üzrə texniki komitə yaradılıb

Energetika Materials 23 Avqust 2010 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında neft və qaz üzrə texniki komitənin yaradılması (ARDNŞ-nin sədliyi ilə) prosesi başa çatıb. Bu barədə bazar ertəsi Komitədəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, artıq texniki komitənin nizamnaməsi təsdiq edilib və komitə artıq yaradılıb.

Komitə neft və qaz sahəsində mövcud olan bütün standartları nəzərdən keçirəcək və onların günün tələblərinə cavab verməsini müəyyənləşdirəcək. Günün tələblərinə uyğunsuzluq aşkarlanacağı təqdirdə, Azərbaycanda neft-qaz sahəsində qazmadan başlayaraq neft məhsullarının istehsalı ilə bitirməklə, hansı standartların tətbiqinin lazım olduğu müəyyənləşdiriləcək. Hansı standartların tətbiqinin lazım olduğu müəyyənləşdirildikdən sonra tədbirlər palnı hazırlancaq və bunun əsasında bir neçə il ərzində Azərbaycanın neft və qaz sahəsindəki bütün standartlar fondu yeniləşəcək.

Bundan əvvəl Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Sabiq Abdullayevin dediyinə görə, komitənin tərkibinə yeddi alt komitə daxil olacaq. Texniki komitə bütün maraqlı tərəflərin, dövlət və qeyri-dövlət orqanlarının, istehsalçı və satıcıların forumudur.

Azərbaycanda bu sahədə həm milli AZS standartları, həm də regional dövlət standartları qüvvədədir. "Bizim məqsədimiz - milli standartların beynəlxalq standartlara uyğun olmasından ibarətdir. Misal olaraq ISO və API beynəlxalq standartlarını göstərmək olar", - Abdullayev bildirib.

Xəbər lenti

Xəbər lenti