...

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Energetika Materials 27 Avqust 2010 11:47 (UTC +04:00)
Azərbaycan Türkiyəyə qaz ixracını gündə 16 milyon kubmetrədək artırıb. Bu barədə cümə günü ARDNŞ-dən (Azərbaycan Dövlət Neft Şirkəti) məlumat verilib. Bundan əvvəl Azərbaycan qazının Türkiyəyə ixracının sutkalıq həcmi 13-14 milyon kubmetr təşkil edirdi.
Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Аzərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Türkiyəyə qaz ixracını gündə 16 milyon kubmetrədək artırıb. Bu barədə cümə günü ARDNŞ-dən (Azərbaycan Dövlət Neft Şirkəti) məlumat verilib. Bundan əvvəl Azərbaycan qazının Türkiyəyə ixracının sutkalıq həcmi 13-14 milyon kubmetr təşkil edirdi.

"Türkiyəyə qaz ixracı artırılıb və indi o, sutkada 16 milyon kubmetrə yaxın təşkil edir", - mənbə bildirib.

İxracın artırılması Türkiyənin Ağrı vilayətinin Eleşkirt rayonunda İrandan Türkiyəyə təbii qazın axınını təmin edən qaz kəmərində güclü partlayışın baş verməsi ilə bağlıdır. Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yılmazın sözlərinə görə, qaz nəqli yeddi-səkkiz gün ərzində bərpa olunacaq.

Azərbaycan qazının Türkiyəyə tədarük edilməsi Azərbaycanın dəniz qaz-kondensat yatağı "Şahdəniz"lə müqavilə çərçivəsində həyata keçirilir. Müqaviləyə əsasən, Türkiyə "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsində ildə 6,6 milyard kubmetr qaz alır (ehtiyatların ümumi həcmi 1,2 trilyon kubmetr qiymətləndirilir).

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LukAgip" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql edilir. Boru kəmərinin uzunluğu 700 km-dir. Yükləmənin gücü ildə 20 milyard kubmetrdən çoxdur.

Xəbər lenti

Xəbər lenti