...

Türkmənistan 190 min tondan çox neft məhsullarını birjada hərraca çıxarıb

Energetika Materials 8 Sentyabr 2010 16:24 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 8 sentyabr /Trend, müxbir H.Həsənov/

Türkmənistan Türkmənbaşı, Seydi şəhərlərindəki NEZ-lərdə və Naipdəki qaz emalı kompleksində istehsal etdiyi 190 min tondan çox neft məhsullarını Dövlət Əmtəə-Xammal Birjasında hərraca çıxarıb.

Birjada müxtəlif istiqamətlərə yüklənib yola salınmaqla 60 min ton maye qaz, 5 min ton polipropilen, 70 min ton mazut, 20 min ton dizel yanacağı, 30 min ton təyyarə yanacağı, 10 min ton sürtkü yağı hərraca çıxarılıb.

Ötən həftə keçirilən hərraclarda 32 əqd qeydə alınıb.

Rusiya, BƏƏ və Əfqanıstandan olan iş adamları polipropilen və maye qaz alıblar.

Eləcə də ABŞ, Böyük Btitaniya, İsveçrə, Niderland, RF, Qazaxıstan, İran və digər ölkələr əsas ənənəvi alıcılardır. Bundan əvvəlki həftə neft məhsulları üzrə bağlanan müqavilələrin ümumi məbləği 13 milyon dolları ötüb.

Əmtəə-Xammal Birjası Türkmənistanda idxal-ixrac əməliyyatlarının dövlət tənzimləyicisi üzrə əsas orqanı funksiyasını yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti