...

Hindistanın neft və qaz naziri Aşqabadda TAPI qaz kəməri üzrə danışıqlar aparacaq

Energetika Materials 10 Sentyabr 2010 14:32 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 10 sentyabr /Trend, müxbir H.Həsənov/

Hindistanın neft və təbii qaz naziri Murli Deor Aşqabadda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) layihəsi üzrə rəhbər komitənin sentyabrda Aşqabadda keçiriləcək görüşündə iştirak edəcək.

Türkmənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Hindistanın Baş naziri Manmohan Sinqə telefon danışığı zamanı Deorun bu tədbirdə iştirakı haqqında qərara görə minnətdarlığını bildirib.

Berdiməhəmmədov Sinqi TAPI-nin iştirakçı dövlətlərinin dekabrda Türkmənistan paytaxtında keçiriləcək görüşünə dəvət edib.

"Hindistan hökumətinin rəhbəri bildirib ki, Aşqabadda keçiriləcək görüşdə mütləq böyük məmnuniyyətlə iştirak edəcək. Baş nazir əmin olduğunu vurğulayıb ki, TAPI transmilli qaz kəmərinin inşasının həyata keçirilməsi üzrə qəti, razılaşdırılmış qərar qəbul olunacaq", - məlumatda deyilir.

Sinq bütün istiqamətlərdə - siyasi, ticari-iqtisadi sahələrdə, həmçinin humanitar sahədə ikitərəfli tərəfdaşlığın fəallaşdırılmasında maraqlı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti