...

ABŞ Azərbaycan neftinin idxalını artırıb

Energetika Materials 30 Sentyabr 2010 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir E.İsmayılov/

Bu ilin yanvar-iyul aylarında ABŞ Azərbaycandan 12,9 milyon bareldən çox neft idxal edib. Bu göstərici 2009-cu ilin yanvar-iyul aylarında 12,35 milyon barel təşkil edib. Bu barədə ABŞ-ın Dövlət Energetika İnformasiya İdarəsinin (EIA) məlumatında deyilir.

İyulda ABŞ 2,5 milyon bareldən çox Azərbaycan nefti idxal edib. Bu göstərici ötən ilin iyulunda bir milyondan çox olub.

ABŞ 2008-ci ildə 26,8 milyon barel neftə nisbətdə 2009-cu ildə 27,5 milyon barel neft idxal edib. 2007-ci ildə ABŞ Azərbaycandan 20,6 milyon barel neft idxal edib. 2006-cı ildə bu göstərici 9,7 milyon barel neft təşkil edib.

Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu, nefti Türkiyə limanı Ceyhana çatdıran "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir.

Azərbaycanın yüngül nefti, həmçinin, "Bakı-Supsa" boru kəməri ilə Gürcüstan limanı Supsaya çatdırılır və oradan nəql edilir.

Neft, həmçinin, Bakıdan dəmiryol vasitəsilə Gürcüstanın Qara dəniz limanı Batumiyə və "Bakı-Novorossiysk" boru kəməri ilə Novorossiysk limanına çatdırılaraq nəql edilir.

Xəbər lenti

Xəbər lenti