...

Azərbaycan elektrik enerjisi istehsalını cüzi dərəcədə azaldıb

Energetika Materials 12 Oktyabr 2010 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Yanvar-sentyabr aylarında "Azərenerji" SC tərəfindən (Azərbaycanda elektrik enerjisi istehsalı və paylanması) ötən ilin yanvar-sentyabr aylarındakı 14 milyard kilovat-saat elektrik enerjisinə nisbətdə 13,8 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Bu barədə çərşənbə axşamı SC-dən verilən məlumatda deyilir.

Sentyabrda SC sistemində 1,3 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Bu göstərici ötən ilin analoji dövründə 1,2 milyard kilovat-saat olub.

Sentyabrda qonşu ölkələrlə - Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti