...

Azərbaycanda neft və qaz hasilatı artıb

Energetika Materials 18 Dekabr 2010 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft-qaz çıxarma idarələri yanvar-avqust aylarında ölkənin ofşor və onşor yataqlarında 49,3 milyon barel neft (6,7 milyon tondan çox) hasil edib ki, ötən ilin analoji dövründə bu rəqəm 49 milyon barel (6,69 milyon ton) olub. Bu barədə şənbə günü şirkətdən məlumat verilib.

ARDNŞ-nin xarici şirkətlərlə birgə layihələrdə payı 11,9 milyon barelə yaxındır ki, onlardan da əməliyyat şirkətlərinin payına iki milyon barel, "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə 11 milyon bareldən artıq, "Şahdəniz" yatağına bir milyon bareldən çox neft düşür.

Yanvar-noyabrda ARDNŞ 7 milyard kubmetrə yaxın qaz əldə edib ki, bu da ötən ilin analoji dövründə 6,67 milyard kubmetrə qədər olub. Bu dövrdə neft-qaz çıxarma idarələri təxminən 6,4 milyard kubmetr qaz əldə edib. Quruda qaz hasil edən birgə və əməliyyat şirkətləri ARDNŞ-yə hesabat dövrü ərzində 91 milyon kubmetr qaz verib.

Yanvar-noyabrda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) AÇG yatağında ARDNŞ üçün 3,1 milyard kubmetrdən çox qaz əldə edib. Ötən ilin analoji dövründə bu rəqəm 3,6 milyard kubmetrdən çox olub.

Azərbaycanda 59 neft-qaz yatağı var ki, onların 18-i dənizdə, qalanı quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti