...

ABŞ Azərbaycan neftinin idxalını azaldıb

Energetika Materials 5 Yanvar 2011 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir E.İsmayılov/

2010-cu ilin yanvar-oktyabr aylarında ABŞ Azərbaycandan 18,2 milyon barelə yaxın neft idxal edib. Bu göstərici 2009-cu ilin yanvar-oktyabr aylarında 20,75 milyon barel təşkil edib. Bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatında deyilir.

Oktyabrda ABŞ 1,05 milyon barel Azərbaycan nefti idxal edib. Bu göstərici 2009-cu ilin oktyabrında 4,14 milyon barel olub.

ABŞ 2009-cu ildə Azərbaycandan 27,5 milyon barel neft idxal edib. 2008-ci ildə bu rəqəm 26,8 milyon barel neft olub. 2007-ci ildə ABŞ Azərbaycandan 20,6 milyon barel neft idxal edib. 2006-cı ildə bu göstərici 9,7 milyon barel neft təşkil edib.

Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu, nefti Türkiyənin Ceyhan limanına çatdıran "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir.

Azərbaycanın yüngül nefti, həmçinin "Bakı-Supsa" boru kəməri ilə Gürcüstanın Supsa limanına çatdırılır və oradan nəql edilir.

Neft, həmçinin Bakıdan dəmiryol vasitəsilə Gürcüstanın Batumi Qara dəniz limanına və "Bakı-Novorossiysk" boru kəməri ilə Novorossiysk limanına çatdırılaraq nəql edilir.

Xəbər lenti

Xəbər lenti