...

ARDNŞ Azərbaycanın ali məktəblərinin tələbələrinə təqaüdlər təqdim edib

Energetika Materials 14 Yanvar 2011 20:44 (UTC +04:00)
Cümə günü ARDNŞ Azərbaycan ali məktəblərinin 119 tələbəsinə özünün təqaüdlərini (plastik kartlar) təqdim edib.
ARDNŞ Azərbaycanın ali məktəblərinin tələbələrinə təqaüdlər təqdim edib

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir E.İsmayılov/

Cümə günü ARDNŞ Azərbaycan ali məktəblərinin 119 tələbəsinə özünün təqaüdlərini (plastik kartlar) təqdim edib.

Təqdimetmə mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev iştirak edib. Təqaüdlərin əksəriyyəti - 84-ü Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrinə təqdim edilib.

Bakı Dövlət Universitetinin 17, Qafqaz Universitetinin 7, Azərbaycan Dövlət İqtisad Universitetinin 7, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3 və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1 tələbəsinə təqaüdlər təqdim edilib.

Təqaüd proqramı 2004-2005-ci tədris ilindən etibarən həyata keçirilir. 2008-ci ildə təqaüdün məbləği 70 manat təşkil edirdisə, 2010-cu ilin noyabrından bu məbləğ 100 manata qədər artırılıb.

2006-cı ildən etibarən təqaüdlər plastik kartlardan istifadə edilməklə ödənilməyə başlayıb. 2009-2010-cu tədris ilinin II semestri üzrə 940 tələbə müraciət edib. Onların 696 nəfəri birinci turda iştirak edib. İkinci tura ARDNŞ-nin müsabiqə komissiyası tərəfindən 212 tələbə buraxılıb.

Nəticədə ARDNŞ-nin təqaüdlərinə 30 bakalavr, magistraturanın birinci kursundan 16, ikinci kursundan 13 tələbə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti