...

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Energetika Materials 15 Yanvar 2011 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir E.İsmayılov/

Hazırda AzərbaycandanTürkiyəyə sutkada 17 milyon kubmetrdən çox qaz ixrac olunur. Bu barədə şənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev deyib. Ötən ilin dekabr ayına olan məlumatlara görə, Türkiyəyə sutkada 6,6 milyon kubmetr qaz ixrac olunub.

"Türkiyə bizdən qaz alır. Bu günə bu ölkəyə gün ərzində 17-18 milyon kubmetr qaz nəql olunur", - Abdullayev deyib.

Türkiyəyə qaz müqavilə əsasında "Şah Dəniz" qaz-kondensat yatağından ixrac olunur.

"Şah Dəniz" yatağından hasil olunan qaz hazırda Gürcüstan və Türkiyəyə nəql olunur, həmçinin onun bir hissəsini layihə çərçivəsində Azərbaycan alır.

Layihənin hazırlanmasının birinci mərhələsi çərçivəsində yataqda ən yüksək hasilat 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara əsasən, yatağın hazırlanmasının ikinci mərhələsi çərçivəsində qaz hasilatının həcmini ildə 25 milyard kubmetrə çatdırmaq olar.

"Şah Dəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, "Statoil" - 25,5 faiz, NICO - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti