...

ARDNŞ Azərbaycan regionlarının qazlaşdırılması prosesini davam etdirir

Energetika Materials 31 Yanvar 2011 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.İsmayılov/

Cari ildə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi Azərbaycanın sərhədyanı rayonlarının qazlaşdırılması prosesini davam etdirəcək. Bu barədə bazar ertəsi ARDNŞ-dəki mənbə məlumat verib.

"Azərbaycanın sərhədyanı rayonlarının qazlaşdırılması prosesi hələ başa çatmayıb. Həmin işlərin bu il də davam etdirilməsi nəzərdə tutulur. Çox güman ki, işlər tam şəkildə 2012-ci ilin əvvəlində başa çatacaq", - mənbə qeyd edib.

Onun sözlərinə görə, bu il qazlaşdırma üzrə işlər respublikanın mərkəzi regionlarını da əhatə edəcək.

Sonda dağ rayonları qazlaşdırılacaq, çünki bəzi səbəblər üzündən orada işlərin aparılması çoxlu vaxt və işçi qüvvəsi tələb edir.

Mənbənin dediyi kimi, 2012-ci ilin sonunadək qazlaşdırılma sahəsində həyata keçirilməsi nəzərdə tutulan işlər nəticəsində bu göstərici 90 faizə çatdırılmalıdır.

Hazırda ölkədə abonentlərin ümumi sayı 1,2 milyon (həm müəssisələr, həm də əhali) təşkil edir.

Azərbaycan ərazisində qazın paylanması və satışı ilə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi məşğul olur.

Xəbər lenti

Xəbər lenti