...

ARDNŞ Azərbaycanda yeni yanacaqdoldurma məntəqəsi açıb

Energetika Materials 23 May 2011 11:53 (UTC +04:00)
Bazar ertəsi ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakı-Salyan avtomobil yolunun 14-cü kilometrliyində yeni yanacaqdoldurma məntəqəsi (YDM) istismara verib.
ARDNŞ Azərbaycanda yeni yanacaqdoldurma məntəqəsi açıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.İsmayılov/

Bazar ertəsi ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakı-Salyan avtomobil yolunun 14-cü kilometrliyində yeni yanacaqdoldurma məntəqəsi (YDM) istismara verib.

Trend-in məlumatına görə, bu gün şirkət həmin yolda, Ələt qəsəbəsi yaxınlığında iki və Bakı-Sumqayıt yolunda da iki YDM açır.

Həmin stansiyalar açılanadək Azərbaycanda ARDNŞ brendi altında fəaliyyət göstərən YDM-in sayı səkkiz ədəd təşkil edirdi.

Ümumilikdə, ARDNŞ Azərbaycanda 26-30 YDM açmağı planlaşdırır. Stansiyaların respublikanın giriş və çıxış yollarında tikilməsinə önəm verilir. Azərbaycanda YDM-lərin inşasına qoyulan investisiyalar 20 milyon manat təşkil edir.

"SOCAR Petroleum"un səhmdarları ARDNŞ (51 faiz) və ABŞ-ın A.P. International (49 faiz) şirkətidir. "SOCAR Petroleum" 2008-ci il yanvarın 21-də qeydiyyatdan keçib.

Hazırda ARDNŞ Gürcüstanda 60-dan çox yanacaqdoldurma məntəqəsinə sahibdir, Ukraynanın neft məhsullarının pərakəndə satış bazarında işə başlayır, eləcə də Rumıniyada YDM-lərin açılması üzrə iş aparır.

Xəbər lenti

Xəbər lenti