...

Bakı ilə Ankara arasında tranzit qaz sazişi Türkiyədə parlament seçkilərindən sonra imzalana bilər - Riçard Morninqstar (ƏLAVƏ OLUNUB) (FOTO)

Energetika Materials 6 İyun 2011 17:11 (UTC +04:00)
Azərbaycan qazının Rusiyaya satışı "Cənub enerji dəhlizi" layihəsinə heç bir mənfi təsir göstərməyəcək.
Bakı ilə Ankara arasında tranzit qaz sazişi Türkiyədə parlament seçkilərindən sonra imzalana bilər - Riçard Morninqstar (ƏLAVƏ OLUNUB) (FOTO)

Başlıq dəyişdirilib və Avropaya qaz nəqli üzrə məlumat əlavə olunub (ilk xəbər saat 15:48-də dərc olunub)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir A.Bədəlova/

Azərbaycan qazının Rusiyaya satışı "Cənub enerji dəhlizi" layihəsinə heç bir mənfi təsir göstərməyəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar bildirib.

Onun sözlərinə görə, Azərbaycan suveren dövlətdir və öz resurslarını lazım bildiyi kimi sata bilər.

Bununla yanaşı, o qeyd edib ki, Azərbaycan qazının Rusiyaya satış həcmləri azdır. Ona görə də o, "Cənub enerji dəhlizi" layihəsinə heç bir mənfi təsir göstərməyəcək.

Morninqstarın sözlərinə görə, Azərbaycanın müxtəlif qaz satışı bazarlarının olması çox vacibdir.

"Belə vacib bazarlardan biri Avropa bazarıdır. Və bu istiqamətdə satış həyata keçirməməsi Azərbaycan tərəfdən səhv olardı, - Morninqstar deyib . - Son qərar ölkənindir".

Azərbaycan ilə Türkiyə arasında qaz tranziti haqında sazişdən danışan Morninqstar bu sənədin tezliklə imzalanacağına ümidini ifadə edib.

"Hesab edirəm ki, bu sazişin imzalanmasına az qalıb. Biz çox ümid edirik ki, tezliklə Türkiyədə parlament seçkilərindən sonra bu sənəd imzalanacaq. Biz bu sazişin yaxın vaxtlarda imzalanmasına mane ola biləcək nə isə görmürük", - Morninqstar deyib.

Jurnalistlərin ABŞ və Avropa tərəfdən 10 faizi İrana məxsus NICO-nun payına düşən Azərbaycanın "Şahdəniz" qaz layihəsi ilə bağlı sanksiyaların tətbiqinin mümkünlüyü haqqında sualı cavablandıran Morninqstar bildirib ki, bu məsələyə çox ehtiyatla yanaşmaq lazımdır.

Belə hərəkətlərin nəticəsi çox ciddi ola bilər. İran "Şahdəniz" layihəsində çox az paya malikdir və sanksiyaların tətbiqi bu ölkə üçün sərfəli olacaq, çünki onda Azərbaycan qazı Avropaya deyil, Rusiyaya, yaxud Çinə gedəcək.

Sübut edilmiş ehtiyatları 1,2 trilyon kubmetrdən çox olan "Şahdəniz" yatağına "Cənub enerji dəhlizi" layihəsinin birinci mərhələsi üçün əsas ehtiyat bazası kimi baxılır.

Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın" və ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti