...

Azərbaycan və İtaliya arasında enerji sahhəsində əməkdaşlıq yüksək səviyyədədir - səfir

Energetika Materials 20 İyun 2011 12:24 (UTC +04:00)
Azərbaycan İtaliyaya əsas neft tədarükçüləri arasında üçüncü yeri tutur. Bu barədə Trend-ə müsahibəsində Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıxov deyib.
Azərbaycan və İtaliya arasında enerji sahhəsində əməkdaşlıq yüksək səviyyədədir - səfir

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Azərbaycan İtaliyaya əsas neft tədarükçüləri arasında üçüncü yeri tutur. Bu barədə Trend-ə müsahibəsində Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıxov deyib.

"Azərbaycan və İtaliya arasında enerji sahhəsində əməkdaşlıq yüksək səviyyədədir. Bir faktı qeyd etmək kifayətdir ki, ölkəmizin İtaliya ilə xarici ticarətinin məhsullar üzrə strukturunda neft və neft məhsulları mütləq üstünlüyə malikdir", - Sadıxov bildirib.

Onun sözlərinə görə, İtaliyanın "Eni" şirkəti BTC konsorsiumunda 5 faiz paya sahibdir. "Eni" şirkəti son zamanlar Azərbaycanın "Dan Ulduzu" və "Əşrəfi" perspektivli yataqlarının istismarına maraq göstərib.

Sadıxovun sözlərinə görə, ölkəmizin enerji strategiyasında beynəlxalq enerji infrastruktur layihələrinin diversifikasiyası xüsusi əhəmiyyət kəsb edir. Bu xüsusda, "Cənub dəhlizi" ilə bağlı Avropa Komissiyasının prezidenti Joze Manuel Borozzonun ölkəmizə səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında birgə Bəyannamə imzalanmışdır.

"Sənədin ən diqqətçəkən cəhəti ondadır ki, Azərbaycan qazının Avropa İttifaqına daxil olan ölkələrə birbaşa çatdırılması mümkün olacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, "bu dəhlizin yaradılması Avropa İttifaqı ilə bizim müştərək strateji maraqlarımızdan irəli gəlir", - səfir qeyd edib.

Onun sözlərinə görə, İtaliya tərəfi "Cənub dəhlizi" kontekstində ITGI (Türkiyə-Yunanıstan-İtaliya) layihəsinin həyata keçirilməsində maraqlıdır və layihənin təşviqi istiqamətində səylər göstərir. "Cənub dəhlizi" çərçivəsində nəzərdən keçirilən mümkün layihələrdən biri də Trans Adriatik qaz kəməridir (TAP) ki, bu kəmər də Azərbaycan qazının İtaliya vasitəsilə Avropa və dünya bazarlarına nəql edilməsinin mümkün variantlarından biridir.

Azərbaycan hökuməti "Cənub dəhlizi"nin marşrutu məsələsi ətrafında təhlillərini davam etdirir və yekun qərar qəbul edilməmişdir.

Enerji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti