...

Azərbaycanda elektrik enerjisi ödənişləri 7 ay ərzində 86 faiz təşkil edib

Energetika Materials 1 Sentyabr 2011 16:07 (UTC +04:00)
Cari ilin yanvar-iyul aylarında "Azərenerji" ASC-nin paylayıcı şəbəkələri tərəfindən 3,93 milyard kilovat-saatdan çox elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 202,3 milyon kilovat-saat çoxdur.
Azərbaycanda elektrik enerjisi ödənişləri 7 ay ərzində 86 faiz təşkil edib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Cari ilin yanvar-iyul aylarında "Azərenerji" ASC-nin paylayıcı şəbəkələri tərəfindən 3,93 milyard kilovat-saatdan çox elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 202,3 milyon kilovat-saat çoxdur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ASC-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, həmin dövrdə elektrik enerjisi üzrə ümumi ödəniş 83,3 faiz təşkil edib, o cümlədən daimi əhali qrupu abonentləri 1,3 milyard kilovat-saatdan çox enerji istehlak ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,5 min kilovat-saat azdır. Bu qrup üzrə həmin dövrdə ödənişlər 86 faizə yaxın olub ki, bu da ötən ilin ilk yeddi ayı ilə müqayisədə 7,1 faiz çoxdur.

Cari ilin ilk yeddi ayının nəticələrinə görə, ölkənin iki elektrik şəbəkəsində (EŞ) ötən ayların debitor borcları da nəzərə alınmaqla, 100 faizdən artıq ödəniş qeydə alınıb, altı EŞ-də bu göstərici 95 faizdən artıq olub. Ümumi ödənişdə ötən ayların debitor borcları da daxil olmaqla, ən yüksək göstərici Mingəçevir EŞ-də (101,9 faiz), ən aşağı göstərici isə Sabirabad EŞ-də (59,9 faiz) qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti