...

2011-ci ildə Azərbaycanda neft hasilatı 46 milyon tondan çox olacaq

Energetika Materials 22 Sentyabr 2011 15:35 (UTC +04:00)
Cari ildə Azərbaycanda neft hasilatı həcmi 46 milyon tondan çox, qazın isə 27 milyard kubmetrdən artıq olacağı proqnozlaşdırılıb.
2011-ci ildə Azərbaycanda neft hasilatı 46 milyon tondan çox olacaq

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir E.İsmayılov/

Cari ildə Azərbaycanda neft hasilatı həcmi 46 milyon tondan çox, qazın isə 27 milyard kubmetrdən artıq olacağı proqnozlaşdırılıb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Bundan əvvəl ölkədə cari ildə 50 milyon tondan artıq neft hasilatı proqnozlaşdırılmışdı.

"Gələn il neft hasilatı 46-50 milyon ton olacaq", - Yusifzadə deyib.

Bundan əvvəl ARDNŞ-dən bildirilib ki, Azərbaycanda neft hasilatının azalması "Azəri-Çıraq-Günəşli" blokunda qazma proqramının yenidən nəzərdən keçirilməsi və dəniz platformalarında qazma işlərinə daha əsaslı yanaşma ilə izah olunur.

Bundan qabaq ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib ki, hasilatın azalma səbəblərindən biri 2008-ci ilin sonunda Mərkəzi Azəri platformasında baş vermiş qaz sızması ilə bağlı hasilatın dayandırılmasıdır. Onun sözlərinə görə, indiyədək müşahidə olunan qaz sızmasının səbəbi dəqiq müəyyən olunmayıb. Buna görə də bu blokda qazma proqramı yenidən nəzərdən keçirilib ki, bu da hasilat həcmində özünü biruzə verir.

Digər tərəfdən, ARDNŞ dəfələrlə qeyd edib ki, Azərbaycanda neft hasilatının optimal həcmi illik 50 milyon tondur.

Xəbər lenti

Xəbər lenti