...

ARDNŞ Xəzər dənizində yüksəkdebitli quyu istismara verir

Energetika Materials 3 Oktyabr 2011 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.İsmayılov/

İlin sonuna kimi ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şəxsi balansında olan "Bulla Dəniz" yatağında yeni yüksəkdebitli qaz-kondensat quyusunu istismara vermək niyyətindədir. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-dəki mənbə məlumat verib.

Onun sözlərinə görə, hazırda karbohidrogenlərin sahilə daşınması üçün sualtı infrastrukturun yaradılması üzrə işlər görülür.

"Bütün lazımi işlər görülür ki, ilin sonuna kimi quyu istismara verilsin", - mənbə deyib.

Onun sözlərinə görə, quyunun sutkalıq debiti 450-500 min kubmetr qaz və 80 ton kondensat təşkil edir.

ARDNŞ-in geofizika, geologiya və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin əvvəl dediyinə görə, "Bulla Dəniz" yatağında olan quyu perspektivlidir. Bundan əvvəl Geofizika və Geologiya İdarəsi quyuda baş verən prosesləri müşahidə və nəzarət etmək məqsədilə uzaq müşahidə sistemi olan "RT-Leuza" da quraşdırıb.

"Bulla Dəniz" yatağı 1975-ci ildən istismar olunur. 34 il ərzində yataqdan 62 milyard kubmetr qaz və 11 milyon ton neft və qaz-kondensat hasil edilib."Bulla Dəniz" yatağından sutkada 450 min kubmetr qaz hasil edilir. ARDNŞ geoloqlarının fikrincə, bu yataqda qaz hasilatını bir neçə dəfə artırmaq olar.

Xəbər lenti

Xəbər lenti