...

Bakı dəniz limanı neft yüklərinin daşınmasını azaldıb

Energetika Materials 11 Oktyabr 2011 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-sentyabr ayları ərzində Bakı Beynəlxalq Dəniz Ticarət limanı 1,27 milyon ton neft daşıyıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 16 faiz azdır. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı limanındakı mənbə məlumat verib.

"Doqquz ay ərzində neft yüklərinin daşınması həcminin azalması tendensiyası müşahidə olunub. Yanvar-sentyabr aylarının nəticələrinə görə, azalma 16 faiz təşkil edib", - mənbə bildirib.

Mərkəzi Asiyadan olan neft yüklərinin daşınmasının azalması tendensiyası (ötən ilin ortalarından etibarən) həcmin bir hissəsinin Sanqaçal qəsəbəsində yerləşən neft terminalına yönəldilməsi ilə əlaqədardır.

Ümumilikdə 2010-cu ildə 1,99 milyon ton neft və neft məhsulu daşınıb ki, bu da 2009-cu ilin göstəricilərindən 21 faiz azdır. Ötən ildəki daşınma tempinin azalması da Qazaxıstan və Türkmənistandan neft nəqlinin azalması ilə bağlıdır.

2009-cu ildə Bakı limanı 2,5 milyon ton neft yükü daşıyıb ki, bu da 2008-ci ilin göstəricilərindən 10 faiz aşağıdır. Ümumilikdə Bakı limanı 2009-cu ildə 5,1 milyon ton yük daşıyıb.

Xəbər lenti

Xəbər lenti