...

ARDNŞ "Azərenerji" SC-yə qaz tədarükünü artırıb

Energetika Materials 15 Oktyabr 2011 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir E.İsmayılov/

Cari ilin yanvar-sentyabr aylarında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə yanacaq qismində istifadə üçün 3,08 milyard kubmetr qaz verilib. Ötən ilin analoji dövründə bu göstərici 2,9 milyard kubmetrə yaxın olub. Bu barədə şənbə günü "Azərenerji"yə qaz tədarük edən ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatında bildirilir.

Sentyabrda "Azərenerji"yə 311,8 milyon kubmetr həcmində qaz verilib ki, ötən ilin analoji dövründə bu rəqəm 318,2 milyon kubmetr təşkil edib.

2010-cu ildə "Azərenerji"yə 2009-cu ildəki 4,32 milyarda qarşı 4 milyard kubmetrə yaxın qaz verilib. 2008-ci ildə bu göstərici 2007-ci ildəki 3,4 milyard kubmetrə qarşı 4,95 milyard kubmetr olub.

Xəbər lenti

Xəbər lenti