...

Göyçay rayonunun daha 2 kəndinə təbii qaz verilib

Energetika Materials 19 Oktyabr 2011 20:24 (UTC +04:00)
Oktyabrın 19-da Göyçay rayonunun Qaraməryam və Ərəbcəbirli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Göyçay rayonunun daha 2 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Oktyabrın 19-da Göyçay rayonunun Qaraməryam və Ərəbcəbirli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend-in çərşənbə günü ARDNŞ-yə istinadən yaydığı məlumata görə, ötən müddət ərzində Qaraməryam kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 19481 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 340 ədəd sayğac quraşdırılıb.

Ərəbcəbirli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17600 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 241 ədəd sayğacı quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti