...

ARDNŞ quru yataqlarda tədqiqatlara hazırlaşır

Energetika Materials 21 Oktyabr 2011 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir E.İsmayılov/

Yaxın müddətdə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Absheron Operating Company Limited"in işlədiyi "Hövsan-Zığ" quru yataqlarında üçölçülü geofiziki tədqiqatlara başlayacaq. Bu barədə cümə günü Trend-ə ARDNŞ-dəki mənbə məlumat verib.

Onun sözlərinə görə, hazırda işlərin başlanmasına hazırlıq aparılır.

"Hazırda "Quru-dəniz" sahəsində 3D tədqiqatının hazırlanması işləri aparılır", - mənbə bildirib.

"Hövsan-Zığ" quru yataqları blokunda PSA müqaviləsi əsasında işləyən iştirakçılar ARDNŞ (25 faiz) və "Global Invest"dir (75 faiz).

"Hövsan-Zığ" yataqları Abşeron yarımadasının cənub hissəsində yerləşir. "Zığ" yatağı 1935-ci ildə, "Hövsan" yatağı isə 1948-ci ildə açılıb.

Xəbər lenti

Xəbər lenti