...

Azərbaycan qazının Avropaya nəqli yolunda maneələr qalmayıb - Türkiyənin energetika naziri

Energetika Materials 26 Oktyabr 2011 14:12 (UTC +04:00)
Türkiyə və Azərbaycan arasında qazın tranziti ilə bağlı imzalanan hökumətlərarası sazişdən sonra Azərbaycan qazının Avropaya nəqli yolunda maneələr qalmayıb.
Azərbaycan qazının Avropaya nəqli yolunda maneələr qalmayıb - Türkiyənin energetika naziri

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə və Azərbaycan arasında qazın tranziti ilə bağlı imzalanan hökumətlərarası sazişdən sonra Azərbaycan qazının Avropaya nəqli yolunda maneələr qalmayıb. Trend-in Türkiyənin "Axşam" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Türkiyənin energetika naziri Taner Yıldız deyib.

"2017-ci ilin sonu 2018-ci ilin əvvəlinə qədər "Şahdəniz-2" yatağından Azərbaycan qazı Avropaya çatdırılacaq" , - Yıldız bildirib.

Bir gün əvvəl Azərbaycan və Türkiyə qaz sazişləri paketini imzalayıblar. Paketə "Şahdəniz"in ikinci mərhələsindən sonra Azərbaycan qazının Türkiyə üçün qiyməti, 2017-ci ildən sonra bu yataqdan Türkiyəyə qaz tədarükünün həcmi, eləcə də Azərbaycan qazının Türkiyə ərazisindən nəqli üçün tranzit sazişi məsələləri daxildir.

Tranzit müqaviləsi "Cənub dəhlizi" çərçivəsində Azərbaycan qazının Avropaya nəqli layihələrinin həyata keçirilməsi üçün lazımdır.

"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsində hasil edilən qaza "Cənub dəhlizi" layihəsi üçün əsas mənbə qismində baxılır. "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycan Avropaya 10 milyard kubmetr həcmində qaz tədarük etməyi planlaşdırır.

"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. O, enerji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Hazırda "Şahdəniz"in işlənməsi üzrə tərəfdaşlar Avropaya tədarük ediləcək Azərbaycan qazının marşrutunun müəyyənləşdirilməsi üçün bu boru kəmərləri layihələrindən təklifləri nəzərdən keçirirlər.

Xəbər lenti

Xəbər lenti