...

Bakı-Ankara enerji razılaşmaları Azərbaycanın regiondakı rolunu möhkəmləndirəcək - səfir

Energetika Materials 24 Noyabr 2011 19:32 (UTC +04:00)
Hulusi Kılıç Bakı və Ankara arasında imzalanan enerji razılaşmalarının Azərbaycanın regiondakı rolunu daha da möhkəmləndirəcəyini bildirib.
Bakı-Ankara enerji razılaşmaları Azərbaycanın regiondakı rolunu möhkəmləndirəcək - səfir

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Bakı və Ankara arasında imzalanan enerji razılaşmalarının Azərbaycanın regiondakı rolunu daha da möhkəmləndirəcəyini bildirib.

"Bakı və Ankara arasındakı enerji razılaşmaları Azərbaycanın regiondakı mövqeyini daha da möhkəmləndirəcək", - Trend-in məlumatına görə, Kılıç cümə axşamı jurnalistlərə bildirib.

Noyabrın 17-də Azərbaycan və Türkiyə Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərindək uzanacaq yeni qaz kəmərinin tikintisi imkanlarının öyrənilməsi üzrə işlərə başlayıblar.

Trend-in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib. Abdullayevin sözlərinə görə, yeni qaz kəməri "Trans Anadolu" adlandırılacaq.

ARDNŞ prezidenti Rövnəq Abdullayev oktyabrın 27-də bildirib ki, Azərbaycanın 2025-ci ilədək hasil etməyi planlaşdırdığı 50 milyard kubmetr qazın böyük hissəsini ixrac etmək üçün Bakı və Ankara Türkiyə ərazisində yeni qaz kəməri tikməyə hazırlaşırlar.

Bu layihənin iştirakçıları bu boru kəməri layihəsi ilə bağlı bütün məsələləri 2012-ci il ərzində həll etmək və vaxt itirmədən inşaat işlərinə başlamaq istəyirlər ki, 2017-ci ilin sonlarında - "Şahdəniz" layihəsinin 2-ci mərhələsi üzrə istismar başlayanda kəmər artıq hazır olsun.

Xəbər lenti

Xəbər lenti