...

Balakən rayonunun Kortala kəndinə və Yeni Yaşayış Massivinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 28 Noyabr 2011 16:20 (UTC +04:00)
Balakən rayonunun Kortala kəndinə və Yeni Yaşayış Massivinə ilk dəfə təbii qaz verilib.
Balakən rayonunun Kortala kəndinə və Yeni Yaşayış Massivinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Bazar ertəsi Balakən rayonunun Kortala kəndinə ilk dəfə olaraq təbii qazın verilişi və aparılmış yenidənqurma işlərindən sonra rayonun Yeni Yaşayış Massivinin "mavi yanacaq"la təchiz olunmasına həsr edilmiş təntənəli mərasim keçirilib. Tədbirdə ARDNŞ-nin "Azəriqaz" İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Trend-in ARDNŞ-nin saytına istinadən yaydığı məlumata görə, 670 abonenti olan Kortala kəndində aparılan tikinti işləri zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 51 kilometr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 650 ədəd sayğac və 7 ədəd siyirtmə quraşdırılıb.

Həmçinin, 200 abonenti olan Yeni Yaşayış Massivinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 8 kilometr olan müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib, 60 ədəd sayğac və 12 ədəd siyirtmə quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti