...

Azərbaycan neftinin qiymətləri dekabrın 15-də azalıb

Energetika Materials 16 Dekabr 2011 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 15-də 109,18 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiymətləri çərşənbə gününə nisbətən 1,09 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 15-də 108,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,04 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 15-də 103,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,07 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 15-də 105,06 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,93 dollar/barel azdır.

Xəbər lenti

Xəbər lenti