...

Tərtər və Yevlax rayonlarının kəndlərinə təbii qaz verilib

Energetika Materials 21 Dekabr 2011 16:50 (UTC +04:00)
Tərtər rayonunun Qapanlı kəndinə və Yevlax rayonunun Salahlı kəndinə təbii qazın verilişi bərpa olunub.
Tərtər və Yevlax rayonlarının kəndlərinə təbii qaz verilib

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Tərtər rayonunun Qapanlı kəndinə və Yevlax rayonunun Salahlı kəndinə təbii qazın verilişi bərpa olunub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

Bildirilib ki, 100 abonenti olan Qapanlı kəndinin qazlaşdırılması məqsədilə aparılan tikinti işləri zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 7500 metr olan müxtəlif diametrli polietilen qaz xətti çəkilib, 100 ədəd sayğac və tənzimləyici quraşdırılıb.

Yevlax rayonunun Salahlı kəndinin qazlaşdırılması üçün 19,5 kilometr uzunluğunda müxtəlif diametrli polietilen və 9,6 kilometr uzunluğunda metal daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 410 ədəd sayğac və tənzimləyici quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti