...

Tacikistan İran neftini almağa hazırdır - səfir

Energetika Materials 23 Fevral 2012 13:53 (UTC +04:00)
Tacikistan İran neftini almağa hazırdır. Trend-in "Mehr News Agency"yə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Tacikistanın Tehrandakı səfiri bildirib.
Tacikistan İran neftini almağa hazırdır - səfir

Azərbaycan, Bakı, 23 fevral /Trend müxbirlər D.Xatınoğlu, E.Tariverdiyeva/

Tacikistan İran neftini almağa hazırdır. Trend-in "Mehr News Agency"yə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Tacikistanın Tehrandakı səfiri bildirib.

"Tacikistanda neftə olan tələbatın böyük hissəsi Rusiyanın hesabına ödənilir, lakin ölkə İrandan neft idxal etməyə də hazırdır" , - səfir Bolat Əli Hətəmov cümə axşamı Tehranda jurnalistlərə deyib.

O, iki ölkə arasında qaz kəmərinin tikintisinin zəruriliyini qeyd edib, lakin bu layihə üzrə təfərrüatları dəqiqləşdirməyib.

Tacikistanın gündəlik neft tələbatı 38 000 barel təşkil edir. Tacikistanda istehlak edilən neftin 92 faizini Rusiya tədarük edir.

Xəbər lenti

Xəbər lenti