...

ARDNŞ mühəndislik xidmətləri üzrə müştərək müəssisə yaradıb

Energetika Materials 6 Mart 2012 15:54 (UTC +04:00)
Azərbaycanda "SOCAR-Foster Wheeler Mühəndislik Xidmətləri" MMC dövlət qeydiyyatından keçib.
ARDNŞ mühəndislik xidmətləri üzrə müştərək müəssisə yaradıb

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda "SOCAR-Foster Wheeler Mühəndislik Xidmətləri" MMC dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Vergilər Nazirliyinin saytındakı "bir pəncərə" bölməsində yerləşdirilən məlumatda deyilir.

Müştərək müəssisənin həmtəsisçiləri qismində "Foster Wheeler" Italiana S.R.L (İtaliya) şirkəti və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çıxış edir. MMC-nin rəsmi nümayəndəsi Mariya Trivella Qiampierodur.

Müştərək müəssisənin nizamnamə kapitalı 200 min avro təşkil edir. MMC bu il fevralın 27-də qeydiyyatdan keçib.

Müştərək müəssisənin yaradılması təşəbbüsü ARDNŞ tərəfindən irəli sürülüb, əsas məqsəd isə yüksəkixtisaslı yerli kadrların hazırlanmasıdır. Birgə müəssisənin paylarının 65 faizi ARDNŞ-yə, 35 faizi isə "Foster Wheeler" şirkətinə məxsusdur.

Təsis müqaviləsi və əldə olunmuş razılığa əsasən, gələcəkdə birgə müəssisəyə işə götürüləcək yerli kadrlar "Foster Wheeler" Italiana S.R.L şirkətinin Milan ofisində uzunmüddətli təlim keçəcəklər.

Xəbər lenti

Xəbər lenti