...

Azərbaycan neftinin qiymətləri aprelin 4-də azalıb

Energetika Materials 5 Aprel 2012 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.İsmayılov /

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 4-də 126,06 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiymətləri çərşənbə axşamına nisbətən 2,56 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 4-də 125,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,09 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 4-də 119,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,47 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti aprelin 4-də 122,94 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,68 dollar/barel azdır.

Xəbər lenti

Xəbər lenti