...

Azərbaycanda neft-kimya kompleksinə qoyulan yeni investisiyaların ilkin həcmi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 10 Aprel 2012 11:18 (UTC +04:00)
2013-cü ilin birinci rübündə Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin yaradılması çərçivəsində tikinti işlərinə başlanılması planlaşdırılır.
Azərbaycanda neft-kimya kompleksinə qoyulan yeni investisiyaların ilkin həcmi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Dördüncü abzasdan sonra təfərrüatlar əlavə olunub (Birinci xəbər saat 11:05-də yayılıb)

Azərbaycan, Bakı, 10 aprel / Trend, müxbir E.İsmayılov /

2013-cü ilin birinci rübündə Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin yaradılması çərçivəsində tikinti işlərinə başlanılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev məlumat verib.
"Bu il ərzində bütün tender prosedurlarının tamamlanması planlaşdırılır. Hesablamalara görə, yeni layihə üzrə investisiyaların həcmi 14 milyard dollar (+/- 30 faiz) təşkil edəcək", - Abdullayev deyib.

Onun sözlərinə görə, daha dəqiq hesablamalar layihə işlərinin tam başa çatmasından sonra məlum olacaq.

İnvestisiyaların beş milyardından çoxunun başqa ölkələrin ixrac banklarının vəsaitləri hesabına cəlb olunması planlaşdırılır.

ARDNŞ rəhbərinin sözlərinə görə, ilin sonunadək ARDNŞ "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin iştirakçıları ilə həmin blokdakı dərin qaz laylarının işlənməsinə dair müqavilə bağlamağı planlaşdırır.

"İşlər tamamlanma mərhələsindədir, sonuncu detallar dəqiqləşdirilir və çox güman ki, ilin sonunadək məsələ həll olunacaq", - Abdullayev deyib.

Onun sözlərinə görə, PSA tipli yeni, təkmilləşdirilmiş müqavilənin iştirakçıları AÇG layihəsinin bütün iştirakçıları olacaq. Layihədəki operatorluq məsələsinə toxunan Abdullayev deyib ki, o, AÇG layihəsindəki kimi olacaq.

Xəbər lenti

Xəbər lenti