...

ARDNŞ ilə Yaponiyanın "Sumitomo" şirkəti arasında anlaşma memorandumu imzalanıb

Energetika Materials 11 Aprel 2012 17:30 (UTC +04:00)
Aprelin 10-da Bakıda ARDNŞ ilə Yaponiyanın "Sumitomo" şirkəti arasında anlaşma memorandumu imzalanıb.
ARDNŞ ilə Yaponiyanın "Sumitomo" şirkəti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Aprelin 10-da Bakıda ARDNŞ ilə Yaponiyanın "Sumitomo" şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, memorandumu ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və "Sumitomo" şirkətinin Boru və polad məhsullar idarəsinin rəisi Tateno imzalayıblar.

Memoranduma əsasən, tərəflər ətraf mühitin mühafizəsi istiqamətində pilot layihələr üzrə birgə tədqiqat işləri aparmaq haqqında razılığa gəliblər.

Memorandumda, həmçinin, neftlə birlikdə hasil edilən aşağıtəzyiqli səmt qazlarının yığılaraq istehlakçılara nəql edilməsi və işıqsaçan diodlar əsasında işıqlandırmanın əvəzetmə layihələrinin ARDNŞ-nin müəssisələrində tətbiq olunması öz əksini tapıb.

Görüşdə memorandum çərçivəsində gələcəkdə digər ekoloji layihələrin işlənməsi istiqamətində də danışıqlar aparılıb.

Xəbər lenti

Xəbər lenti