...

Azərbaycan və RF-nin Kurqan vilayəti metallurgiya sahəsində əməkdaşlığı müzakirə ediblər

Energetika Materials 23 Aprel 2012 18:04 (UTC +04:00)
Azərbaycan və Rusiyanın Kurqan vilayəti bu gün Bakıda neft maşınqayırması sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Azərbaycan və RF-nin Kurqan vilayəti metallurgiya sahəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan və Rusiyanın Kurqan vilayəti bu gün Bakıda neft maşınqayırması sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirib.

Tərəflər arasında əməkdaşlıq perspektivləri Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə RF-nin Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun görüşündə müzakirə olunub.

Həmçinin, metallurgiya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər göstərilən sahələrdə dialoq üçün real potensialı qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti