...

ARDNŞ quru sahədə üçölçülü seysmoloji araşdırmaları tamamlayıb

Energetika Materials 26 Aprel 2012 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Padar" quru sahəsində və ona bitişik perspektivli strukturlar blokunda üçölçülü geofizioloji araşdırmaları başa çatdırıb. Bu barədə cümə axşamı Trend-ə neft-qaz bazarındakı mənbə bildirib.

Sahənin operatoru qismində "Kura Valley Development Company Ltd" çıxış edir ki, burada "RussNeft" (80 faiz) və ARDNŞ-nin filialı (20 faiz) işgüzar iştiraka malikdir.

"Layihə sahəsində çöl işləri tam başa çatdırılıb", - mənbə deyib.

ARDNŞ bununla yanaşı əldə edilən məlumatların işlənməsi və təhlilini aparacaq.

Bu layihə çərçivəsində işlərin həcmi olduqca böyükdür. İşlər 220 kvadratkilometr sahədə aparılıb.

Xəbər lenti

Xəbər lenti