Azərbaycan, Bakı, 27 aprel /Trend/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Bolqarıstanın enerji holdinqi cümə günü Bakıda əməkdaşlıq üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Bu barədə cümə günü Trend-ə ARDNŞ-dən bildiriblər.
Memorandum Bolqarıstanın Baş naziri Boyko Borisovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanıb.
Bolqarıstan Azərbaycandan qaz almaq niyyətindədir. Bir müddət əvvəl ARDNŞ və "Bulqartransqaz" işçi qrup yaradıblar. İşçi qrupu Azərbaycan qazının Bolqarıstana tədarükü layihəsini nəzərdən keçirir.