Azərbaycan, Bakı, 7 may /Trend/
Quba rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, abadlıq və təmir-bərpa işləri ilə əlaqədar olaraq 8 may 2012-ci il tarixdə saat 09:00-dan 19:00-dək Quba rayonunda təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri müddətində Quba şəhərində təbii qazın verilişində fasilələr yaranacaq.