...

Azərbaycan qazının Türkiyəyə nəqli dayandırılıb

Energetika Materials 30 May 2012 12:13 (UTC +04:00)
Bu gecə baş verən partlayış səbəbindən Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə həyata keçirilən Azərbaycan qazının Türkiyəyə nəqli dayandırılıb.
Azərbaycan qazının Türkiyəyə nəqli dayandırılıb

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir A.Tağıyeva/

Bu gecə baş verən partlayış səbəbindən Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə həyata keçirilən Azərbaycan qazının Türkiyəyə nəqli dayandırılıb. Bu barədə çərşənbə günü Trend-ə BOTAŞ şirkətindən məlumat verilib.

Partlayışın səbəbləri hələ məlum deyil. Lakin BOTAŞ-dan deyildiyi kimi, dünən qaz kəmərinin bu hissəsində sonradan partlayışa gətirib çıxarması mümkün olan texniki işlər görülüb.

Şirkətdən bildirilib ki, təmir üç gündən yeddi günədək vaxt apara bilər.

Türkiyə Cənubi Qafqaz qaz kəməri ilə "Şahdəniz" yatağından ildə 6,6 milyard kubmetr qaz almaq haqqında müqaviləyə malikdir. İxrac dayandırılanadək boru kəməri ilə gündə orta hesabla 12 milyon kubmer qaz nəql olunub.

Bundan əvvəl Türkiyə KİV-i Qars vilayətindəki neft kəmərindəki partlayış və ixracın bərpa olunması üzrə görülən işlər haqqında məlumat yaymışdı.

Lakin BP-dən Trend-ə bildirilib ki, BTC ilə neft ixracında heç bir problem yoxdur.

Xəbər lenti

Xəbər lenti