...

ARDNŞ ilin sonunadək yeraltı qaz anbarlarında quyuların qazılmasını tamamlayacaq

Energetika Materials 3 İyul 2012 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yaxın vaxtlarda ölkənin "Qalmaz" yeraltı qaz anbarında iki quyunun qazılmasına başlamağı planlaşdırır. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

Azərbaycanda iki yeraltı qaz anbarı - "Qaradağ" və "Qalmaz" - var.

Mənbənin sözlərinə görə, hazırda "Qalmaz" qaz anbarında bir quyu qazılır, habelə daha iki quyunu qazmağa başlamaq üçün hazırlıq işləri aparılır. Quyuların qazılmasını ilin sonunadək başa çatdırmaq planlaşdırılır.

"Bundan başqa, hazırda "Qaradağ" yeraltı qaz anbarında iki quyunun qazılması davam edir", - mənbə qeyd edib.

Yeni quyuların qazılması qaz anbarlarında ehtiyatların həcmini artırmaq məqsədilə aparılır.

Xəbər lenti

Xəbər lenti