...

Hafiz Paşayev: Azərbaycanın enerji strategiyası düzgün layihələndirilib və reallaşdırılıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 9 İyul 2012 11:14 (UTC +04:00)
Azərbaycan müstəqilliyin möhkəmləndirilməsi üçün öz enerji resurslarından bir alət kimi istifadə etməyə can atır.

Üçüncü abzasdan sonra təfərrüatlar əlavə olunub (birinci xəbər saat 10:52-də yayılıb)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbirlər E.Mehdiyev, E.Tariverdiyeva/

Azərbaycan müstəqilliyin möhkəmləndirilməsi üçün öz enerji resurslarından bir alət kimi istifadə etməyə can atır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda "Yay Enerji Məktəbi 2012"-nin açılışında xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev bildirib.

"Müstəqilliyimizin 20 ili ərzində biz Azərbaycanın enerji strategiyasının düzgün layihələndirildiyini və reallaşdırıldığını deyə bilərik", - Paşayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın necə sürətlə inkişaf etdiyini müşahidə etməklə nəticəni indidən görmək mümkündür.

Paşayev bildirib ki, yay məktəbinin keçirilməsində məqsəd xarici dinləyicilərə Xəzər regionu və həyata keçirilən layihələrlə yaxından tanış olmaq imkanı verməkdir.

"Biz məktəbin dinləyicilərinə Azərbaycan və onun reallıqları haqqında daha çox məlumat vermək istəyirik", - nazir müavini deyib.

Yay məktəbində 17 ölkədən - Azərbaycan, Belçika, Bolqarıstan, Almaniya, Hindistan, İraq, İsrail, İtaliya, Moldova, Norveç, Hollandiya, Rumıniya, Rusiya, İsveçrə, Türkiyə, BƏƏ və ABŞ-dan 42 nümayəndə iştirak edir.

Yay məktəbində iştirakçılar enerji məsələlərinin geniş dairəsini, eləcə də enerji hüququnun əsaslarını, enerji iqtisadiyyatını, gəlirləri, resurslardan rasional istifadəni və ətraf mühitin mühafizəsini öyrənəcəklər.

Xəbər lenti

Xəbər lenti